Çexiyanın paytaxtı Praqa şəhərinin mərkəzində hakimiyyətdən iqtisadi tələblərlə minlərlə adamın iştirakı ilə mitinq keçirilir.
Modern.az TASS-a istinadən xəbər verir ki, təşkilatçılar 30 mindən çox fəalın iştirak etdiyini bildiriblər.
Aksiya iştirakçıları Vatslas meydanına toplaşaraq, enerji böhranı və qiymətlərin artması fonunda mövcud hökumətin siyasətinə və sadə vətəndaşların maddi vəziyyətinin pisləşməsinə etiraz ediblər.