Modern.az

Ukraynada son 10 ilin ən böyük daşqını 

Ukraynada son 10 ilin ən böyük daşqını 

Dünya

16 Aprel 2023, 18:08

Ukraynanın Çerniqov vilayətində son 10 ilin ən böyük daşqını baş verib.

 

Modern.az "Strana" nəşrinə istinadən xəbər verir ki, çaylarda suyun səviyyəsinin qalxması səbəbindən bir sıra şəhər və qəsəbələr su altında qalıb.

 

Bildirilib ki, suyun səviyyəsi artmaqda davam edərsə, 4000-dən çox insanın yaşadığı 22 yaşayış məntəqəsini daşqın təhlükəsi gözləyir.

 

Xilasedicilər Ukraynanın bir sıra regionlarında yaz daşqınlarının nəticələrinin aradan qaldırılmasını davam etdirirlər. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, zərərçəkənlərə 24 ton içməli su, ərzaq məhsulları gətirilib.

 

Son məlumatlara görə, 225 ev su altında qalıb, onlardan 187-si bağ evi və təxminən 11 min hektar əkin sahəsidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi