Modern.az

Sudandakı toqquşmalarda dinc sakinlər ölüb - 78 yaralı var

Sudandakı toqquşmalarda dinc sakinlər ölüb - 78 yaralı var

Dünya

16 Aprel 2023, 18:12

Sudanda gün ərzində baş verən qarşıdurmalarda 5 mülki şəxs həlak olub, 78 nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Asharq” telekanalı məlumat yayıb.

 

Bundan əvvəl Xartumun tibb orqanları münaqişə tərəflərindən qurbanların daşınmasını təmin etməyi və tibb işçilərinə hücum etməməyi tələb edib.

 

Qeyd edək ki, Sudanda ölkənin Silahlı Qüvvələri ilə 2013-cü ildə yaradılan Çevik Reaksiya Qüvvələri arasında toqquşmalar başlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi