Modern.az

Sofiya da Kiyevə qarşı Budapeştin yolundan getməyi düşünür

Sofiya da Kiyevə qarşı Budapeştin yolundan getməyi düşünür

Dünya

16 Aprel 2023, 18:27

Bolqarıstan hakimiyyəti Macarıstan və Polşadan nümunə götürərək, Ukraynadan taxıl idxalına qadağa qoyulması ideyasını nəzərdən keçirir.

 

Modern.az "Strana" nəşrinə istinadən xəbər verir ki, bunu ölkənin kənd təsərrüfatı naziri Yavor Qeçev deyib.

 

"Bizə öz maraqlarımızı qorumaq lazımdır. Üstəlik, iki dövlət belə reaksiya verdikdə biz eynisini etməsək, ərazimizdə Ukrayna taxılının miqdarı artacaq", - nazir əlavə edib.

 

O qeyd edib ki, Macarıstan və Polşanın tətbiq etdiyi qadağaların hüquqi komponenti ilə bağlı hesabatlar gözləyir. Sonra İqtisadiyyat Nazirliyi ilə məsləhətləşmələr olacaq və yalnız bundan sonra qərar veriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi