ABŞ-ın Alabama ştatında atışma olub.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bir gəncin 16 yaşının qeyd edildiyi mərasim zamanı insanlara atəş açılıb.
Dadevil şəhərində qeydə alınan atışma zamanı ən azı 4 nəfər ölüb, 20 nəfər isə yaralanıb.
Ölənlərin sayının artacağı istisna edilmir. Faktla bağlı araşdırma aparılır.