Leykemiya xəstəliyinin ağırlaşması səbəbindən aprelin 5-də xəstəxanaya yerləşdirilən İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni reanimasiyadan çıxarılıb.
Modern.az xəbər verir ki, bu barədə "Corriere della Sera" qəzeti məlumat yayıb.
Məlumata görə, 86 yaşlı siyasətçinin səhhətində “daimi yaxşılaşma” hiss edilir, həkimlər onun adi palataya köçürülməsinə qərar verib.
Həkimlərin fikrincə, siyasətçidə aşkar olunan leykoz növü aqressiv deyil və müalicə oluna bilər.