Modern.az

"Soros Fondu" Qazaxıstandan çıxır - Ekspert mərkəzi olacaq

Dünya

17 Aprel 2023, 14:06

Qazaxıstanda 28 ildir fəaliyyət göstərən "Soros Fondu" vətəndaş təşəbbüslərinin maliyyələşdirilməsinin dayandırıldığını və ekspert mərkəzinə çevrildiyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Azadlıq radiosu"nun qazax xidməti məlumat yayıb.

 

Bildirilib ki, fond bunu bir hissəsi olduğu "Açıq Cəmiyyət" şəbəkəsinin transformasiyası ilə əlaqələndirir.

 

Qeyd olunub ki, fonddan maliyyə alan bəzi təşkilatlar fondun getməsinin vətəndaş cəmiyyətinə mənfi təsir edəcəyindən narahatdırlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi