“ABŞ Dövlət Departamentinin köməkçisinin müavini Erika Olson Ermənistan-Azərbaycan sülh sazişinə ABŞ-ın dəstəyini və ABŞ-Ermənistan ikitərəfli münasibətlərini müzakirə etmək məqsədilə hökumət rəsmiləri və digər şəxslərlə görüşmək üçün ikigünlük səfərlə İrəvandadır”.
Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
Xatırladaq ki, aprelin 11-də Vaşinqtonda Ermənistan baş nazirin müavini Mher Qriqoryan ABŞ dövlət katibinin müavini Erika Olson və ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi Lou Bono ilə görüşüb.