Böyük Britaniya parlamenti gəlir bəyannaməsinə görə baş nazir Rişi Sunak haqqında araşdırma başladıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırma Sunakın həyat yoldaşının uşaq baxımı şirkətindəki payı ilə bağlıdır.
Belə ki, Sunakın həyat yoldaşı uşaq baxımı xidmətləri göstərən "Koru Kids" şirkətinin səhmdarları siyahısındadır.
Sunak yenilənmiş bəyannamədə həyat yoldaşının işindən bəhs etməyib.