Sudan ordusu üç saatlıq humanitar atəşkəs elan etməyə hazırlaşır.
Modern.az xəbər verir ki, bu barədə “Əl Şərq” telekanalı məlumat yayıb.
Ordu yerli vaxtla saat 16:00-da fasilə elan edəcək. Atəşkəs üç saat davam edəcək.
Qeyd edək ki, Sudanda ölkənin Silahlı Qüvvələri ilə 2013-cü ildə yaradılan Çevik Reaksiya Qüvvələri arasında toqquşmalar başlayıb. Toqquşmalarda yüzlərlə şəxsin öldüyü və yaralandığı bildirilir.