Modern.az

NATO öz sərhədlərində əməliyyatlara hazırlıq işini artırır

NATO öz sərhədlərində əməliyyatlara hazırlıq işini artırır

Dünya

17 Aprel 2023, 17:36

Rusiyanın Ukraynaya müdaxiləsindən sonra NATO öz sərhədlərində hərbi əməliyyatlara hazırlığını artırır.

 

Modern.az xəbər verir ki, bu barədə "New York Times" nəşri yazıb.

 

Nəşrin yazdığına görə, NATO “qisasla çəkindirmə” strategiyasından “qadağa ilə çəkindirmə” strategiyasına keçir.

 

"New York Times" ABŞ-ın alyansdakı keçmiş elçisi İvo Daalderin sözlərini sitat gətirib: “NATO öz ərazisini qorumaq barədə ciddi düşünməyib, lakin indi bunu etmək lazımdır”.

 

NATO-nun hesablamalarına görə, alyans nəzəri olaraq zərurət yaranarsa, 40-50 min əsgərdən ibarət 13 korpusu döyüşməyə çağıra bilər, amma praktikada bu rəqəm daha aşağıdır.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi