Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov sabah Türkiyəyə səfər edəcək.
Modern.az xəbər verir ki, o, Türkiyə milli müdafiə naziri Hulusi Akarla görüşəcək.
Görüş Kayseridə keçiriləcək. Görüş zamanı ikitərəfli məsələlər, xüsusilə də Türkiyənin təşəbbüsləri ilə yaradılan taxıl təşəbbüsü müzakirə ediləcək.