Modern.az

Putin Xerson və Luqanskda hərbçilərlə görüşdü - YENİLƏNİB

Putin Xerson və Luqanskda hərbçilərlə görüşdü - YENİLƏNİB

Dünya

18 Aprel 2023, 10:20

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın ilhaq edilmiş Luqansk vilayətinə səfər edib. O, “Vostok” Milli Qvardiyasının qərargahında olub. 

 

Modern.az xəbər verir ki, məlumatı Kremlin mətbuat xidməti yayıb. 

 

Putin Luqanskda Rusiya hərbi komandanlığının məruzəsini dinləyib.

 

***

Rusiya prezidenti Vladimir Putin “Dnepr” qoşun qrupunun Xerson istiqamətində yerləşən qərargahına baş çəkib.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, Putin Xersonda hərbçilərlə görüş keçirib.

 

“Vladimir Putin Dnepr qoşun qruplaşmasının Xerson vilayətindəki qərargahında Hərbi Hava Qüvvələrinin komandanı, general-polkovnik Mixail Teplinskinin, Dnepr qoşun qruplaşmasının komandanı, general-polkovnik Oleq Makareviçin və digər hərbi rəhbərlərin məruzələrini dinləyib. ”, - deyə məlumatda qeyd olunub.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi