Rusiya Federasiyası Ukraynada nizamlanma üçün Moskvanın maraqlarını nəzərə alan istənilən ideyanı dinləməyə hazırdır.
Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Braziliyanın Ukraynada nizamlanma təşəbbüsünü qiymətləndirmək hələ tezdir, biz nüansları öyrənməliyik", - o qeyd edib.
Peskov həmçinin məlumat verib ki, aprelin 18-də Rusiya prezidenti Vladimir Putin Pskov vilayətinin qubernatoru Mixail Vedernikovla görüşəcək.