Gürcüstan hökuməti şəhərlərin və kurortların inkişafı üçün yeni irimiqyaslı dövlət proqramına başlayır.
Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu ölkə baş naziri İrakli Qaribaşvili bildirib.
Məlumata görə, beşillik proqrama 11 yaşayış məntəqəsi daxildir: Borjomi, Bakuriani, Kutaisi, Tsxaltubo, Telavi, Zuqdidi, Mtsxeta, Batumi, Stepantsminda, Mestia və Kazbegi.
2023-cü ildə layihənin həyata keçirilməsinə 200 milyon lari ayrılacaq. Baş nazirin sözlərinə görə, yeni istirahət zonaları və turistlər üçün cəlbedici yerlər yaradılacaq, mədəni-tarixi obyektlər bərpa olunacaq.
"Əsas vəzifə Gürcüstanı tədricən Avropa tipli dövlətə çevirməkdir", - Qaribaşvili əlavə edib.