Modern.az

Leyendən Çinlə bağlı mühüm AÇIQLAMA

Leyendən Çinlə bağlı mühüm AÇIQLAMA

18 Aprel 2023, 17:14

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Çin ilə münasibətlərin strategiyası haqqında danışıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, o, Brüsselin Pekinlə əlaqənin kəsilməsini istəmədiyini bildirib.

 

"Avropa İttifaqı bir çox dünya problemlərinə, o cümlədən Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı Çinlə fərqli yanaşmalara baxmayaraq, bu ölkə ilə iqtisadi, sosial və siyasi əlaqələri kəsmək istəmir", - o qeyd edib.

 

Qeyd edək ki, bundan əvvəl Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel də Çinlə münasibətlər barədə danışmışdı.

Bu xəbər ilə bağlı
Boreldən Çinlə bağlı vacib AÇIQLAMA
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi