Modern.az

İsveçin araq istehsalçısı Rusiyaya spirt satmayacaq

İsveçin araq istehsalçısı Rusiyaya spirt satmayacaq

18 Aprel 2023, 17:38

İsveçin araq istehsalçısı "Absolut" Rusiyaya spirt tədarük etməyəcək.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu qərar şirkətin sahibi olduğu Fransa konserni “Pernod Ricard”ın aprelin 11-də Rusiyada İsveç spirtinin satışının bərpa olunduğunu elan etməsindən sonra şirkətin tənqid olunması ilə əlaqədar qəbul edilib.

 

Bir həftə əvvəl İsveç mətbuatı "Absolut"un tədarükünün bərpası barədə məlumat yayıb. Ölkənin bir çox siyasətçiləri bununla bağlı etiraz aksiyası keçirərək, arağı boykot etməyə çağırıblar. Bir sıra restoran və barlar konsernin məhsullarının satışını dayandırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi