Modern.az

60 il sürücülük vəsiqəsi olmadan maşın sürdü

60 il sürücülük vəsiqəsi olmadan maşın sürdü

19 Aprel 2023, 00:43

Yaponiyada polis təxminən 60 ildir sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən yaşlı sürücünü saxlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Yaponiyanın "Sankei" qəzeti yazıb.

 

Hyoqo prefekturasının polisi 82 ​​yaşlı Toşiyuki İşibası məsuliyyətə cəlb edib. Patrul əməkdaşları təhlükəsizlik kəməri taxmadığı üçün İsibası saxlayıb və ondan sürücülük vəsiqəsini tələb edib.

 

Bu zaman onun sürücülük vəsiqəsinin olmadığı üzə çıxıb.

 

İşibas bildirib ki, 20 yaşında sürücülük vəsiqəsindən məhrum edilib və o vaxtdan bəri yenisini almayıb. 82 yaşlı sürücüyə qarşı hansı tədbirlərin görüləcəyi açıqlanmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi