Çin ordusu tezliklə səs sürətindən ən azı üç dəfə yüksək sürətlə yüksək hündürlükdə uça bilən kəşfiyyat və məlumat PUA-larını arsenalına daxil edə bilər.
Modern.az xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.
Bildirilib ki, bu, Çinin müşahidə əməliyyatları aparmaq qabiliyyətini xeyli gücləndirir.
Qeyd olunub ki, Çin ordusu Tayvan ətrafındakı ABŞ hərbi gəmilərini və bölgədəki hərbi bazaları hədəf almağa kömək edə biləcək texnoloji irəliləyişləri təşviq edir.