Modern.az

Müharibə gələn il də davam edəcək - Müdafiə naziri

Müharibə gələn il də davam edəcək - Müdafiə naziri

Dünya

19 Aprel 2023, 13:42

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Ukraynada müharibənin 2024-cü ildə də davam edəcəyini düşünür.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Ben Uolles bu barədə Vaşinqtonda jurnalistlərlə görüşü zamanı bildirib.

 

O, Ukrayna ordusunun əks-hücuma başlayacağına əminliyini ifadə edib.

 

“Mən optimist fikirdəyəm ki, bu il və ya gələn il Ukrayna bu istiqamətdə səylərini davam etdirəcək. Lakin, eyni zamanda, realist olmalıyıq: Rusiya sehrli çubuğun bir hərəkəti ilə dağılmayacaq”, - deyə nazir qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi