Modern.az

Almaniya Ukraynanın bərpasına 111 milyon avro ayıracaq

Almaniya Ukraynanın bərpasına 111 milyon avro ayıracaq

Dünya

19 Aprel 2023, 16:34

Almaniya Ukraynaya ölkənin bərpası üçün 111 milyon avro ayıracaq.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bunu inkişaf üzrə dövlət katibi Yoxen Flasbart deyib.

 

Onun sözlərinə görə, vəsait ilk növbədə miqrantların mənzillə təmin olunmasına, uşaq bağçalarının, məktəblərin və xəstəxanaların təmiri və təchizatına sərf olunacaq.

 

"Biz Ukrayna xalqına göstərmək istəyirik ki, həmrəyliklə onların yanında olmağa davam edəcəyik. Qısamüddətli dəstəyimizin uzunmüddətli bərpa ilə uyğunlaşacağına əmin olmalıyıq", - katib bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi