Modern.az

Ukrayna baş prokuroru ABŞ-da Rusiya ilə bağlı təklif verdi

Ukrayna baş prokuroru ABŞ-da Rusiya ilə bağlı təklif verdi

19 Aprel 2023, 17:46

"BMT Baş Assambleyasının qətnaməsi əsasında Rusiyanın təcavüzü ilə bağlı xüsusi tribunal yaradılmalıdır".

 

Modern.az "Ukrinform"a istinadən xəbər verir ki, bunu ABŞ-da səfərdə Ukraynanın baş prokuroru Andrey Kostin deyib.

 

"Biz hesab edirik ki, tribunal BMT Baş Assambleyasının qətnaməsinə əsaslanmalıdır ki, bu da baş katibə BMT və Ukrayna arasında müvafiq sazişin bağlanması üçün danışıqlar aparmaq səlahiyyəti verəcək", - baş prokuror bildirib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi