Türkiyənin Ali Seçki Şurası parlament seçkilərində iştirak edəcək partiya və namizədlərin dəqiq siyahısını təsdiqləyib.
Modern.az xəbər verir ki, bu barədə Şuranın internet saytında məlumat yerləşdirilib.
Siyahıda 24 siyasi partiya və 151 müstəqil namizəd yer alıb.
Qeyd edək ki, Türkiyədə parlament və prezident seçkiləri mayın 14-də keçiriləcək.