Modern.az

Bayden Çin lideri ilə danışmaq istəyir

Bayden Çin lideri ilə danışmaq istəyir

20 Aprel 2023, 00:02

ABŞ prezidenti Co Bayden Çin lideri Si Cinpinlə telefon danışığı aparmağı planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer məlumat yayıb.

 

Telefon danışığının nə vaxt baş tutacağı hələlik məlum deyil.

 

"Çinlə kommunikasiya kanallarını açıq saxlamalıyıq. Çinlə strateji rəqabət olsa da, ikitərəfli əlaqələri vacib hesab edirik və bu dəyişməyib", - Ağ Ev rəsmisi deyib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi