Modern.az

Kuba Prezidenti yenidən vəzifəsində qaldı

Kuba Prezidenti yenidən vəzifəsində qaldı

Dünya

20 Aprel 2023, 00:50

Kubanın Xalq Hakimiyyəti Milli Assambleyası (Parlament) ölkənin hazırkı dövlət başçısı Mişel Diaz-Kanel Bermudesi yenidən prezident seçib.

 

Modern.az xəbər verir ki, o, 2023-2028-ci illərdə ölkəyə rəhbərlik edəcək.

 

Parlamentin 462 deputatından 459-u onun prezident olmasını dəstəkləyib. Kubanın hazırkı vitse-prezidenti Salvador Valdez Mesa da növbəti müddətə vəzifəsində qalıb.

 

Hökumətin yeni tərkibi parlament tərəfindən təsdiqlənib.

 

Qeyd edək ki, Kubada 2019-cu ildə yeni konstitusiyanın qəbulundan sonra prezidentlik institutu bərpa edilib. Mişel Diaz-Kanela və Salvador Valdes Mesa 2019-cu ilin oktyabrında prezident və vitse-prezident vəzifələrinə təyin ediliblər. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi