Modern.az

Sədəqə paylanarkən izdiham - 90 ölü, 300 yaralı

Sədəqə paylanarkən izdiham - 90 ölü, 300 yaralı

Dünya

20 Aprel 2023, 07:38

Yəmənin paytaxtı Sənada sədəqə paylanarkən yaranan izdiham zamanı azı 90 nəfər ölüb, 300-dən çox insan yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə təcili xidmətlərdəki mənbələrə istinadən "Sky News Arabia" telekanalı məlumat yayıb.

 

İnsident cümə axşamı axşam saatlarında şəhərin mərkəzi hissəsində yerləşən Bab əl-Yaman ərazisində baş verib. Telekanalın məlumatına görə, izdiham "bir neçə tacir" tərəfindən sədəqə paylanarkən baş verib ki, onlardan ikisi artıq həbs edilib.

 

Şəhərə nəzarət edən husilərin Ali Siyasi Şurasının rəhbəri Mehdi əl-Məşət insidentin araşdırılması üçün daxili işlər orqanlarının və prokurorluğun nümayəndələrindən ibarət komissiya yaratmağı tapşırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi