Modern.az

Nazirlik 22 mindən çox yeni işçi götürəcək

Nazirlik 22 mindən çox yeni işçi götürəcək

Dünya

20 Aprel 2023, 10:48

Türkiyənin Ədliyyə Nazirliyi 22 043 vakant yer elan edib.

 

Modern.az xəbər verir ki, elan "Resmi Gazete"də dərc olunub.

 

Nazir Bekir Bozdağ da tviter səhifəsində bununla bağlı paylaşım edib. O qeyd edib ki, 25 aprel və 11 may tarixləri arasında müraciətlər qəbul ediləcək.

 

Bozdağın sözlərinə görə, 10 719, 10 138, 700 və 486 olmaqla nazirliyin tabeliyindəki 4 quruma ümumilikdə 22 043 nəfər işə götürüləcək.

 

"Xeyirli olsun", - deyə nazir əlavə edib.

 

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi