Ukrayna prokurorluğu Ankaraya “Bomustafa O” gəmisini saxlamağı xahiş edən məktub göndərib.
Modern.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazıb.
Məlumata görə, gəmi Panama bayrağı altında üzür və Dubaydan olan şirkətə məxsusdur. Belə ki, taxıl Ukrayna ərazilərindən çıxarılaraq işğaldakı Krım limanına yüklənib. Yük gəmisi aprelin 17-də Türkiyə limanına gəlib.
Ukrayna prokurorluğu Türkiyədən taxıl nümunələri götürərək ekspertizaya göndərməyi, həmçinin gəmi kapitanını və ekipaj üzvlərini dindirməyi xahiş edib.
Qeyd edək ki, Rusiya və Ukrayna arasında Türkiyə və BMT ilə birlikdə taxıl müqaviləsi 2022-ci ilin yayında razılaşdırılıb. Müqavilə taxıl ixracı üçün Ukrayna limanlarının açılmasını, Rusiya gübrələrinin və kənd təsərrüfatı məhsullarının ixracına maneələrin aradan qaldırılmasını nəzərdə tutur.