Modern.az

Pakistanın XİN başçısı Hindistana gedir

Pakistanın XİN başçısı Hindistana gedir

Dünya

20 Aprel 2023, 13:04

Pakistanın xarici işlər naziri Biləval Bhutto-Zərdari gələn ay Hindistana səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, o, mayın 4-5-də Hindistanın Qoa ştatında keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) xarici işlər nazirlərinin görüşündə iştirak edəcək. Bu, Bhutto-Zərdarinin Hindistana ilk rəsmi səfəridir.

 

Bhutto-Zərdari sui-qəsd nəticəsində öldürülən Pakistanın keçmiş baş naziri Bənazir Bhuttonun və keçmiş prezident Asif Əli Zərdarinin oğludur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi