"Kreml Stoltenberqin Kiyevə səfəri ilə bağlı Ukraynanın NATO-ya daxil olması perspektivlərini qiymətləndirmir".
Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Ukraynanın NATO-ya daxil olmasının qarşısının alınması hələ də əməliyyatın məqsədlərindən biridir. Rusiya Federasiyası hesab edir ki, Fransa və Böyük Britaniyanın nüvə arsenalları faktiki olaraq ABŞ-ın nəzarəti altındadır", - deyə o bildirib.
Peskov, həmçinin vurğulayıb ki, Kremldə koronavirusun “Arcturus” subvariantına görə gücləndirilmiş epidemioloji təhlükəsizlik tədbirləri hələ tətbiq edilməyib.
Qeyd edək ki, bu gün NATO-nun baş katibi Yens Stoltenberq Kiyevə səfər edib.