Modern.az

Rusiyaya qarşı yeni sanksiyalar olmayacaq

Rusiyaya qarşı yeni sanksiyalar olmayacaq

Dünya

20 Aprel 2023, 13:36

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaların olmayacağını düşünür, çünki yeni məhdudiyyətlər özü ilə daha çox istisnalar gətirəcək.

 

Modern.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti özəl mənbələrinə istinadən məlumat yayıb.

 

Ekspertlərin fikrincə, Avropa İttifaqının bir neçə ölkəsi Rusiya iqtisadiyyatının sanksiyalara məruz qalmayan sahələri olmadan mövcudluğunu davam etdirə bilməz.

 

Nəşrin məlumatına görə, Rusiyaya qarşı yeni məhdudiyyətlərdə çox güman ki, yalnız fiziki şəxslərin siyahısı genişləndiriləcək və artıq qüvvədə olan qadağalar sərtləşdiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi