Türkmənistanın paytaxtı Aşqabad şəhərində İsrail səfirliyinin açılışı edilib.
Modern.az xəbər verir ki, açılış mərasimində İsrailin XİN başçısı Eli Kohen və türkmənistanlı həmkarı Reşit Meredov iştirak ediblər.
????İsrailin Türkmənistandakı səfirliyinin açılış mərasimi olub pic.twitter.com/A8SNPIuXPn
— MODERN.AZ (@modernaz_) April 20, 2023
***
13:56
Aşqabadda səfərdə olan İsrailin XİN başçısı Eli Kohen Türkmənistanın baş nazirinin müavini və xarici işlər naziri Reşit Meredovla görüşüb.
Modern.az xəbər verir ki, Kohen bu barədə tviter səhifəsində məlumat verib.
"İsraili təmsil etməkdən və bir çox ölkənin ölkəmizi təqdir etməsini görməkdən qürur duyuruq. Ölkələr arasındakı əlaqələri gücləndirməyə böyük önəm verdiyini söyləyən Türkmənistan XİN başçısı Reşit Meredovla görüşdük. Təhlükəsizlik, energetika, texnologiya, kənd təsərrüfatı və daha bir çox sahədə əməkdaşlığı müzakirə etdik. Bu gün irəliləyən saatlarda Aşqabadda səfirliyimizin açılışına qatılacağam", - deyə o yazıb.
Qeyd edək ki, bundan əvvəl E.Kohen Azərbaycanda səfərdə idi.