Avropa İttifaqının (Aİ) Ermənistandakı nümayəndə heyətinin rəhbəri vəzifəsinə yeni namizəd irəli sürülüb.
Modern.az xəbər verir ki, Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrel Maraqos Vasilisi Ermənistana səfir göndərmək niyyətindədir.
Hazırda Maraqos Vassilis Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun Bosniya və Herseqovina, həmçinin Kosovo üzrə rəhbəridir. O, əvvəllər Avropa Komissiyasının Ermənistan, Azərbaycan, Belarus və Şərq Tərəfdaşlığı Baş Direktorluğunun şöbəsinə rəhbərlik edib.
Qeyd edək ki, hazırda Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri vəzifəsini icra edən Andrea Viktorindir.