NATO-nun Baş katibi Yens Stoltenberq Kiyevdə Ukrayna Prezidenti Volodomor Zelenski ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Zelenski özünün "Facebook" hesabında məlumat paylaşıb.
Görüş NATO Baş katibinin Kiyevə səfəri çərçivəsində baş tutub.
Danışıqların detalları hələlik açıqlanmayıb.