Modern.az

Ukrayna zamanla NATO üzvü olacaq - Stoltenberq

Ukrayna zamanla NATO üzvü olacaq - Stoltenberq

20 Aprel 2023, 17:24

NATO ölkələri Ukrayna üçün təhlükəsizlik təminatlarını nəzərdən keçirəcək.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu elan olunmamış səfərlə Kiyevə gələn NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib.

 

Alyans rəhbəri iyulda keçiriləcək sammitdə təhlükəsizlik təminatlarının, aprelin 21-də Ramşteyn formatında keçiriləcək görüşdə isə yeni silah təchizatının müzakirə olunacağını bildirib.

 

Ukraynanın NATO-ya üzvlüyünə gəlincə, Stoltenberqin sözlərinə görə, zamanla bu məqsədə nail olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi