Modern.az

Ukraynaya artilleriya mərmiləri göndərilir 

Ukraynaya artilleriya mərmiləri göndərilir 

20 Aprel 2023, 21:23

Estoniya hökuməti Ukraynaya yeni hərbi yardım paketini təsdiqləyib.

 

Modern.az xəbər verir ki, bu barədə Estoniyanın ERR agentliyi məlumat yayıb.

 

Hərbi yardım paketinə 155 mm kalibrli artilleriya sursatları daxildir. Bundan əlavə, Estoniya Ukrayna Silahlı Qüvvələrini gecəgörmə cihazları və atıcı silahlar üçün sursatla təmin edəcək.

 

“Sabah Ramşteyndə mən Ukraynanın müdafiə naziri Reznikovla da görüşəcəyəm, onunla Estoniyanın Ukraynaya necə və daha nə ilə kömək edə biləcəyini müzakirə edəcəyik”, - Estoniyanın müdafiə naziri Hanno Pevkur bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi