"Bütün NATO müttəfiqləri Ukraynanın alyansda olmasına razıdırlar".
Modern.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Almaniyada Ramşteyn formatında görüşdən əvvəl "Sky News"un müxbirlərinə bildirib.
O əlavə edib ki, müharibə başa çatdıqdan sonra Kiyev yeni hücumlardan qaçmaq üçün çəkindirmə vasitəsinə malik olmalıdır.
Bundan əlavə, Stoltenberqin sözlərinə görə, Zelenski NATO-nun iyulda Vilnüsdə keçiriləcək sammitində iştirak etmək üçün dəvəti qəbul edib.