Almaniyanın müdafiə naziri Boris Pistorius Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisindəki əməliyyatlarını məqbul sayır.
Modern.az "Unian"a istinadən xəbər verir ki, onun sözlərinə görə, belə müharibədə həm də qarşı tərəfin ərazisinə keçmək, məsələn, təchizat yollarını bağlamaq tamamilə normaldır.
"Nə qədər ki, şəhərlər, mülki şəxslər, mülki ərazilər hücuma məruz qalmayıb, məhz buna görə dözmək olar. Sevinclə yox, amma əməliyyatların bir hissəsi kimi. Məsələn, təchizat xətlərini kəsmək məqsədilə", - Pistorius əlavə edib.