Böyük Britaniya baş nazirinin müavini Dominik Raab qeyri-münasib davranış iddialarından sonra istefa verib.
Modern.az xəbər verir ki, Britaniya nəşrlərinin yaydığı məlumata görə, Raabın əməkdaşları ondan şikayət ediblər.
İddialara əsasən, o, tez-tez aqressiv, kobud və qeyri-peşəkar davranıb.
Qeyd edək ki, Raab həm də sabiq ədliyyə naziridir.