Modern.az

Putin Səudiyyə şahzadəsi ilə danışıqlar apardı 

Putin Səudiyyə şahzadəsi ilə danışıqlar apardı 

Dünya

21 Aprel 2023, 15:00

Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Məlumatda bildirilir ki, telefon danışığı Səudiyyə tərəfinin təşəbbüsü ilə baş tutub.

 

Tərəflər qlobal neft bazarının sabitliyi müzakirə ediblər.

 

Ticarət-iqtisadi, investisiya və enerji sahələrində fikir mübadiləsi aparılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi