Modern.az

Sudanda ölən mülki şəxslərin sayı 400-ü keçdi

Sudanda ölən mülki şəxslərin sayı 400-ü keçdi

Dünya

21 Aprel 2023, 16:18

Sudanda nizami ordu ilə Çevik Hərəkət Qüvvələri arasında baş verən toqquşmalar zamanı azı 413 mülki şəxs ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadən “Al Arabiya” telekanalı məlumat yayıb.

 

Bildirilib ki, toqquşma zamanı 3551-dən çox insan yaralanıb. Sudan Həkimlər Həmkarlar İttifaqının məlumatına görə, qarşıdurmalarda ən azı 11 tibb işçisi həlak olub.

 

Qeyd edək ki, dünən Sudan səhiyyə naziri ölənlərin sayının 600-dən çox olduğunu bildirmişdi.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi