Modern.az

Ukraynaya veriləcək "Abrams"lar Almaniyaya göndərilir

Ukraynaya veriləcək

Dünya

21 Aprel 2023, 19:53

ABŞ Ukraynaya verəcəyi "Abrams" tanklarını Almaniyadakı poliqona göndərəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Associated press" agentliyi məlumat yayıb.

 

Nəşr qeyd edir ki, bir neçə həftə sonra Almaniyada Ukrayna hərbçiləri tanklarla bağlı təlimə başlayacaq. Təlimlər təxminən 10 həftə davam edəcək.

 

Agentlik bildirib ki, 250-yə yaxın ukraynalı hərbçi təlim keçəcək, onlardan bəziləri tankları idarə etməyi, digərləri isə təmir etməyi və onlara qulluq etməyi öyrənəcəklər.

 

Qeyd edək ki, ABŞ Ukraynaya 31 "Abrams" tankı verəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi