Modern.az

16 min ukraynalı hərbçi Avropada təlim keçib

16 min ukraynalı hərbçi Avropada təlim keçib

Dünya

21 Aprel 2023, 21:46

Hərbi yardım missiyası çərçivəsində Avropa İttifaqı (Aİ) Ukrayna Silahlı Qüvvələrinin 16 mindən çox hərbi qulluqçusuna təlim keçib.

 

Modern.az xəbər verir ki, bu barədə Ramşteyn aviabazasında Ukrayna üzrə təmas qrupunun iclasında çıxış edən Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Cozep Borrel məlumat verib.

 

“16 mindən çox Ukrayna əsgəri təlim keçib. Dəyəri 600 milyon avrodan çox olan sursat və raketlər çatdırılıb. Birgə satınalma işləri davam edir. Aİ Ukraynanın qələbəsini təmin etmək üçün tərəfdaşları ilə işləməyə davam edir”, - Borrel deyib.

 

Qeyd edək ki, Aİ-nin Ukraynaya Hərbi Yardım Missiyası 17 oktyabr 2022-ci ildə yaradılıb. Missiya çərçivəsində 30 minə qədər ukraynalı hərbçinin Aİ-yə üzv dövlətlərdə yerləşən mərkəzlərdə təlim keçməsi planlaşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi