Aprelin 21-də Rusiya Ədliyyə Nazirliyi xarici agentlər siyahısına daha bir neçə fiziki və hüquqi şəxsi əlavə edib.
Modern.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Nazirlik "Bellingcat" istintaq layihəsinin rəhbəri Kristo Qrozev, ictimai xadimlər Natalya Sevets-Yermolina, Elvira Vixareva, "Çağırış Məktəbi" insan haqları müdafiəsi təşkilatı və "Vəkil küçəsi" jurnalist layihəsini xarici agent elan edib.
Qeyd olunub ki, Qrozevi dövlət orqanlarının qəbul etdiyi qərarlar haqqında yalan məlumatlar yayıb.