Latviya silahlı qüvvələrin arsenalında olan bütün portativ “Stinger” zenit-raket komplekslərini Ukraynaya təhvil verəcək.
Modern.az xəbər verir ki, bu barədə Latviyanın müdafiə naziri İnara Murnietse bildirib.
"Latviya Ukraynanın hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı müraciətinə cavab verib və bizdə olan bütün "Stinger" hava hücumundan müdafiə sistemlərini Ukraynaya təhvil vermək qərarına gəlib. Biz onların mümkün qədər tez təhvil verilməsi üçün əlimizdən gələni edəcəyik", - o deyib.
Müdafiə naziri qeyd edib ki, bu, Latviyanın portativ hava hücumundan müdafiə sistemlərindən tamamilə məhrum olacağı anlamına gəlmir.
"Onların əvəzinə biz daha müasir RBS sistemlərini alacağıq", - nazir bildirib.
Qeyd edək ki, "Stinger" təyyarə, helikopter kimi hava hədəflərini vurmaq üçün nəzərdə tutulub.