Cümə günü Sudanda bir humanitar işçi (BMT əməkdaşı) ailəsini təhlükəsiz yerə köçürmək istəyərkən avtomobili atəşə tutulub. Hadisə nəticəsində o, həlak olub.
Modern.az xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) məlumat yayıb.
Sudanlı humanitar işçi altı gün əvvəl ordu ilə üsyançılar arasında baş verən döyüşlərdən sonra öldürülən dördüncü BMT əməkdaşıdır. BMqT-nin məlumatına görə, işçi ailəsi ilə birlikdə Xartumun cənub-qərbindəki El Obeid şəhəri yaxınlığında güllələnib.
Ölkədəki 3,7 milyon köçkünün ehtiyaclarını ödəməyə kömək edən təşkilat Sudandakı fəaliyyətinin dayandırıldığını bildirib.