Ukrayna prezidenti Volodimir Zelenski Rusiya Mərkəzi Seçki Komissiyasına və parlament partiyalarına sanksiya tətbiq edib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Zelenski Rusiya Kommunist Partiyası, Liberal Demokrat Partiyası, Ədalətli Rusiya – Vətənpərvərlər – Həqiqət naminə, yeni insanlar partiyasına qarşı sanksiyaların tətbiq edilməsi haqqında fərman imzalayıb.
Ümumilikdə 40 fiziki şəxs, 60 hüquqi şəxs və təşkilat, o cümlədən 4 partiya və Mərkəzi Seçki Komissiyasına qarşı on il müddətinə sanksiyalar tətbiq edilib.