Vaşinqtonda iki silahlı hücum nəticəsində biri 12 yaşlı qız olmaqla 8 nəfər yaralanıb.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Polis İdarəsi məlumat yayıb.
Bildirilib ki, aprelin 21-nə keçən gecə baş verən iki atışma bir-birinin ardınca törədildiyi üçün əlaqəli olduğu ehtimal edilir.
Yaralıların həyati təhlükəsinin olmadığı, bəzilərinin xəstəxanadan evə buraxıldığı deyilir.