Ukraynanın müdafiə naziri Aleksey Reznikov britaniyalı həmkarı Ben Uolleslə danışıqlar aparıb.
Modern.az xəbər verir ki, bu barədə Reznikov “Twitter” səhifəsində məlumat yayıb.
Görüş zamanı müzakirə edilən mövzulardan biri Ukrayna ordusunun imkanlarının gücləndirilməsi olub.
"Həmkarım və Ukraynanın böyük dostu Ben Uollesi Ramşteyn görüşündə görmək həmişə xoşdur. Biz Ukrayna ordusunun imkanlarının daha da gücləndirilməsini, o cümlədən hərbçilərimizin hazırlığını müzakirə etdik", - deyə ukraynalı nazir bildirib.
Qeyd edək ki, Almaniyada yerləşən Ramşteyn bazasında keçirilən görüş zamanı Ukraynaya yardım mövzusu müzakirə edilib.