Türkiyə ordusu İraqda daha 3 terrorçunu zərərsizləşdirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar məlumat verib.
O qeyd edib ki, bununla da Suriya və İraqda son 4 gün ərzində zərərsizləşdirilən terrorçuların sayı 21-ə çatıb.
Nazir Türkiyə Silahlı Qüvvələrinin yeganə hədəfinin terrorçular olduğunu vurğulayıb: "PKK imperialistlərin əlində bir vasitədir. Türkiyəni dayandırmaq üçün istifadə edilən bir vasitədir. Onu məhv etməkdə qərarlıyıq".